May ayında ixrac olunan neftin həcmi açıqlanıb
SOCAR 2017-ci ilin may ayında Novorossiysk limanından 84 min 631 ton, Supsa limanından 260 min 380 ton, Ceyhan limanından 1 milyon 322 min 980 ton xam neft ixrac edib.
1news.az-ın məlumatına görə, ümümilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 573 min 838 ton, Supsa limanından 1 milyon 139 min 45 ton, Ceyhan limanından 6 milyon 697 min 67 ton xam neft ixrac edilib.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Babək Cahandarov
824