Hindistanda avtobus yük maşını ilə toqquşub, 22 nəfər yanaraq ölüb | 1news.az | Xəbərlər
Dünya

Hindistanda avtobus yük maşını ilə toqquşub, 22 nəfər yanaraq ölüb

11:44 - 05 / 06 / 2017
Hindistanda avtobus yük maşını ilə toqquşub, 22 nəfər yanaraq ölüb

Hindistanın şimalında sərnişin avtobusunun yük maşını ilə toqquşub. Avtobusdakı sərnişinlərdən azı 22 nəfəri yanaraq ölüb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hadisə Uttar-Prateş Ştatının Bareli şəhərində baş verib. Toqquşmadan sonra avtobusun yanacaq çəni partlayıb və avtomobil tez bir zamanda alışıb.

İlkin ehtimala görə, hadisə avtobusun qarşı zolağa çıxması nəticəsində baş verib.

Babək Cahandarov

 

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər