Tehran metrosunda qatarların toqquşması nəticəsində 50-dək insan xəsarət alıb | 1news.az | Xəbərlər
Dünya

Tehran metrosunda qatarların toqquşması nəticəsində 50-dək insan xəsarət alıb

20:57 - 06 / 06 / 2017
Tehran metrosunda qatarların toqquşması nəticəsində 50-dək insan xəsarət alıb

Tehran metrosunda qatarların toqquşması nəticəsində azı 48 nəfər xəsarət alıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Metropolitenin mətbuat xidmətinin nümayəndəsi Ehsan Mokkadamın verdiyi məlumata görə, tuneldən çıxan qatar Taraşt stansiyasında dayanmış qatara çırpılıb.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb.

S.Xankişiyeva

Paylaş:
800

Son xəbərlər

Bütün xəbərlər