Təyyarədə bomba həyəcanı
Avstraliyanın Alburi aeroportunda bomba xəbərdarlığına görə sərnişinlər təyyarədən evakuasiya olunub.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, laynerin tualetindən təyyarəyə bomba qoyulması ilə bağlı qeyd aşkarlanıb.
Bundan sonra axtarışlara başlanılıb. Lakin təhlükəli heç nə aşkar edilməyib.
Təyyarədə olan 42 sərnişin evakuasiya edilib, bir kişi isə həbs edilib.
Pərvanə Sultanova
701