Bakıda turistlər qutab bişirdilər – FOTO

Mədəniyyət və Turizm Nazirliyinin Karvansara Restoran Kompleksi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə layihəsinə start verilib.
1news.az-a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən xəbərə görə, layihənin gerçəkləşdiyi ilk gün Kompleksə gələn 200 nəfərdən çox turist üçün kulinar ustad saatları keçirilib.
Kompleksin peşəkar aşbazları tərəfindən milli mətbəximizin ən ləzzətli təamlarından biri olan qutabın hazırlanma prosesi nümayiş etdirilib, daha sonra iştirakçıların hər birinə öz əlləri ilə qutabın bişirilməsi üçün şərait yaradılıb. Ustad dərsləri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Layihə zəngin Azərbaycan mətbəxinin təbliği və müxtəlif milli yeməklərin hazırlanma qaydalarını turistlərə təqdim etmək məqsədi daşıyır.
S.Xankişiyeva