DİN: Bakıda Mühafizə Xidməti əməkdaşları ilə mağaza işçiləri arasındakı qarşıdurma ilə bağlı 13 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Bakıda Mühafizə Xidməti əməkdaşları ilə mağaza işçiləri arasındakı qarşıdurma ilə bağlı 13 nəfər saxlanılıb

16:01 - 08 / 06 / 2017
DİN: Bakıda Mühafizə Xidməti əməkdaşları ilə mağaza işçiləri arasındakı qarşıdurma ilə bağlı 13 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Bakıda Mühafizə Xidməti əməkdaşları ilə mağaza işçiləri arasında baş verən qarşıdurma ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı 13 nəfər saxlanılaraq istintaqa cəlb olunub. Hazırda onların ifadəsi alınır.

Mətbuat xidmətindən həmçinin bildirilib ki, hadisə zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb.

Qeyd edək ki, bu barədə ilk məlumatı bu gün səhər saatlarında "Qafqazinfo.az" saytı yayıb. Məlumatda qeyd olunur ki,  "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb. Məlumatda o da qeyd olunub ki, bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Babək Cahandarov

Paylaş:
1155

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər