Avtomobildən pirotexniki vasitə və siqaretlər aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobildən pirotexniki vasitə və siqaretlər aşkar edilib

17:58 - 08 / 06 / 2017
Avtomobildən pirotexniki vasitə və siqaretlər aşkar edilib

Qanunsuz yolla Gürcüstandan ölkəmizə pirotexniki vasitə və siqaret gətirmək istəyən şəxs saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə,

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasən “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mitsubishi Airtrek” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerində sağ və sol örtüklərin altından gömrük nəzarətindən gizlədilən 31 qutu pirotexniki vasitə və 2000 ədəd “Marlboro” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
885

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər