Azərbaycandakı Ramazan ənənələri barədə sənədli film çəkilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandakı Ramazan ənənələri barədə sənədli film çəkilir

19:03 - 08 / 06 / 2017
Azərbaycandakı Ramazan ənənələri barədə sənədli film çəkilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın tolerantlıq mühiti, xüsusilə Ramazan ənənələri barədə sənədli film çəkmək məqsədi ilə ölkəmizdə səfərdə olan Pakistanın “A-plus” telekanalının prodüseri Madiha Macidi qəbul edib.

Komitədən 1news.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələrinə sahib olduğunu deyən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, multikulturalizm və tolerantlığın Azərbaycan dövlətinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət siyasətinə çevrildiyini bildirib.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Madiha Macid burada qarşılaşdıqları qonaqpərvərliyə və səmimi münasibətə heyran qaldıqlarını bildirib. Sənədli film barədə məlumat verən qonaq filmdə Azərbaycanda tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunması, multikulturalist ənənələrə söykənən ictimai münasibətlər, xüsusilə Ramazan ayının yüksək səviyyədə keçirilməsi barədə məlumatların öz əksini tapacağını bildirib.

Pakistanlı qonaq çəkilişləri Bakıda və bölgələrdə baş tutacaq sənədli filmdə dünyada ilk dəfə olaraq məzhəbindən asılı olmayaraq bütün müsəlmanların bir araya gələrək, eyni vaxtda bir sırada namaz qılıb, dualar etdiyi vəhdət namazı ilə bağlı informasiyanın da geniş yer alacağını deyib.

Sonda qonaqlara Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar təqdim edilib. 

Babək Cahandarov

Paylaş:
605

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər