Şəki rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəki rayonunda işgüzar forum keçirib.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- iri fermer, bağçılıq (fındıq, qoz, şabalıd), cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı), quru tütün saxlanılması üçün anbar, tütün emalı, süd emalı müəssisəsi və otelin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
Babək Cahandarov