Sarkisyan həmsədrlərlə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sarkisyan həmsədrlərlə görüşüb

20:32 - 10 / 06 / 2017
Sarkisyan həmsədrlərlə görüşüb

Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda səfərdə olan ATƏT-in  Minsk qrupunun həmsədrləri ilə görüşüb. 

1news.az  “armenpress”ə istinadla xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, münaqişə zonasındakı vəziyyət müzakirə olunub.

Tərəflər həmçinin, qoşunların təmas xəttindəki son insidentlərə toxunub.  

Görüşdə münaqişə tərəflərinin problemin dinc yolla nizamlanmasına dair üzərilərinə götürdükləri öhdəliklərin və yüksək səviyyədə əldə olunan razılaşmaların icrasının vacibliyi vurğulanıb.

1news.az

Paylaş:
789

Son xəbərlər

Bütün xəbərlər