Hava şəraiti qeyri-sabit keçəcək, yağış, dolu yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının 13-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-20, gündüz 24-28, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 13-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Meteoroloqların xəbərdarlığına görə, bəzi rayonlarda iyunun 12-dən 13-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı gözlənilir.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Babək Cahandarov