Sumqayıtda uşaqları kütləvi zəhərləyən virusun adı açıqlanıb

Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlanıb.
1news.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə "Rota" virusu (Rotavirus) infeksiyası aşkar edilib.
Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb.
Qeyd edək ki, "Rota" virusu fəsil dəyişkənliyi ilə əlaqədardır, xüsusilə uşaqlarda, immuniteti zəif olan insanlarda bu xəstəliyə rast gəlinir.
1news.az
599