Mahmud Məmmədquliyev: “Britaniya Azərbaycana 23 mlrd. dollar sərmayə yatırıb” | 1news.az | Xəbərlər
Siyasət

Mahmud Məmmədquliyev: “Britaniya Azərbaycana 23 mlrd. dollar sərmayə yatırıb”

21:56 - 13 / 06 / 2017
Mahmud Məmmədquliyev: “Britaniya Azərbaycana 23 mlrd. dollar sərmayə yatırıb”

Bakıda Böyük Britaniya kraliçasının doğum günü ilə bağlı qəbul keçirilib. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəbulda iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi ilə bağlı slayd nümayiş etdirilib. Daha sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts iki ölkə arasındakı əlaqələrin əhəmiyyətini qeyd edib.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, Böyük Britaniya Azərbaycan üçün vacib tərəfdaşdır. Onun sözlərinə görə, enerji sahəsi əlaqələrin əsasını təşkil edir. Nazir müavini BP-nin Azərbaycandakı fəaliyyəti və Cənub Qaz Dəhlizi layihəsini qeyd edib:

“Bu günə kimi Britaniya Azərbaycana  23 milyard dollar sərmayə yatırıb. Biz istərdik ki, bu əməkdaşlıq qeyri-neft sektorunda da olsun. Bu əlaqələrin inkişafında yeni yaradılmış hökumətlərarası komissiyanın işi çox vacibdir. Ümid edirəm ki bu komissiyanın işi əlaqələrin inkişafına daha da təkan verəcək”.

Mahmud Məmmədquliyev bildirib ki, Britaniya ərazi bütövlüyü, beynəlxalq cəhətdən tanınmış sərhədlər prinsipinə və beynəlxalq hüququn digər normalarına riayət edir: “Belə bir mövqe Azərbaycan üçün də əhəmiyyət daşıyır”.

Babək Cahandarov

Paylaş:
1167

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər