Astanada X yubiley İqtisadi Forum keçirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Astanada X yubiley İqtisadi Forum keçirilir

15:55 - 15 / 06 / 2017
Astanada X yubiley İqtisadi Forum keçirilir

Bu gün X Astana İqtisadi Forumu (AİF) işə başlayıb. Forumda dünyada tanınan iri maliyyə qurumlarının, beynəlxalq təşkilatların rəhbərləri, Nobel mükafatı laureatları, alimlər, siyasətçilər, ekspert birliyinin nümayəndələri iştirak edirlər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, əsas mövzusu “Yeni enerji - Yeni iqtisadiyyat” olan АİF-ə dünyanın 40 ölkəsindən nümayəndə qatılıb.

Bu il forum çərçivəsində IV Beynəlxalq Yeni İpək Yolu nəqliyyat-logistika forumu da keçirilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov “Şərq-Qərb” istiqamətində: Yeni İpək Yolu” mövzusunda keçiriləcək plenar iclasda iştirak edəcəklər.

Forumda “Dünya, Avropa və Asiya bazarlarında tendensiyalar. Bu tendensiyaların transkontenental marşrutlara təsiri”, “Multimodal daşımaların səmərəliliyinin artırılması üzrə tədbirlər”, “Bazarın yeni seqmentlərinin yaranması, nəqliyyat-logistika kompleksinin inkişafının nəticəsi”, “Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında dövlətlərarası əməkdaşlığın rolu”, “Avrasiya tranzit dəhlizləri: İpək Yolunun bərpası” mövzuları müzakirə olunacaq.

X Astana İqtisadi Forumunda “Transmilli istehsal gücü üzrə əməkdaşliq: “Bir kəmər və bir yol” və “Gələcəyə yol” mövzusu üzrə keçirilən plenar iclasda Türk Şurasının baş katibi Ramil Həsənov iştirak edir.

Babək Cahandarov

Paylaş:
696

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər