Prezident Biləsuvarda qəsəbələrarası avtomobil yolunun əsaslı təmirinə 3 milyon manat ayırdı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Biləsuvarda qəsəbələrarası avtomobil yolunun əsaslı təmirinə 3 milyon manat ayırdı

18:48 - 15 / 06 / 2017
Prezident Biləsuvarda qəsəbələrarası avtomobil yolunun əsaslı təmirinə 3 milyon manat ayırdı

Prezident İlham Əliyev Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan on səkkiz min nəfər məcburi köçkünün məskunlaşdığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

Babək Cahandarov

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər