Prezident Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib - YENİLƏNİB

13:00 - 15 / 06 / 2017
Prezident Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib - YENİLƏNİB

İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

1news.az   dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini, Bakının gözəl şəhər olduğunu bildirdi. Qonaq qeyd etdi ki, ölkəmiz haqqında nə qədər çox məlumat əldə edirsə, Azərbaycana marağı bir o qədər də artır. Martin Çunqonq ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə yaşamasının önəmini qeyd edərək, Parlamentlərarası İttifaqın Azərbaycan ilə əməkdaşlıqda xüsusilə maraqlı olduğunu bildirdi. Ölkəmiz haqqında həmişə yaxşı məlumatlar eşitdiyini deyən Martin Çunqonq bu həqiqətlərin bütün dünyaya çatdırılmasının vacibliyini qeyd etdi.

Azərbaycan haqqında dolğun və obyektiv məlumatların yayılmasında maraqlı olduğumuzu deyən Prezident İlham Əliyev müxtəlif ölkələrdən qonaqların, o cümlədən parlament üzvlərinin Azərbaycana səfərə gələrək inkişafı öz gözləri ilə görməsinin əhəmiyyətini vurğuladı. Parlamentlərarası əlaqələrin önəminə toxunan dövlətimizin başçısı Azərbaycanın MDB, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə əməkdaşlıq etdiyini dedi və bildirdi ki, bu çoxşaxəli əməkdaşlıq uğurlu nəticələr verir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlər, səfərlər xalqlar və millətlər arasında dialoq, tolerantlıq və qarşılıqlı anlaşma mühitinin yaradılmasında xüsusi rol oynayır. Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun ölkəmizə səfərinin əməkdaşlığımıza dair məsələlər ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı fürsət yaratdığını deyən dövlətimizin başçısı bu səfərin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

10:48

İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

1news.az  bu barədə dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

1news.az

Paylaş:
603

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər