“Qarabağ”ın Avstriyada son rəqibi məlum oldu | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”ın Avstriyada son rəqibi məlum oldu

17:44 - 28 / 06 / 2017
“Qarabağ”ın Avstriyada son rəqibi məlum oldu

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”ın sonuncu yoxlama oyunundakı rəqibi də məlum olub.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Danimarkanın “Brondbü” klubu ilə qarşılaşacaq.

İyulun 2-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Avstriyadakı ilk yoxlama görüşündə “Axmat”a (Rusiya) 0:1, Sofiya SSKA-sına isə 2:5 hesabı ilə uduzub.

1news.az

Paylaş:
893

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər