“Zirə” “Differdanj”a, “İnter” “Mladost”a qarşı | 1news.az | Xəbərlər
Futbol

“Zirə” “Differdanj”a, “İnter” “Mladost”a qarşı

18:57 - 29 / 06 / 2017
“Zirə” “Differdanj”a, “İnter” “Mladost”a qarşı

Bu gün Avropa Liqasında 2017/18 mövsümünə start veriləcək.

1news.az-ın məlumatına görə, I təsnifat mərhələsində 100 komanda mübarizə aparacaq ki, onların içərisində iki Azərbaycan komandası da var. Bunlar “İnter” və “Zirə” komandalarıdır.

Turnirdəki təmsilçilərimizdən “İnter” bu axşam Serbiyanın “Mladost”, ilk dəfə Avroliqaya vəsiqə qazanan “Zirə” Lüksemburqun “Differdanj” komandası ilə qarşılaşacaq.

İlkin mərhələdən azad olan “Qəbələ” isə diqqətini “Dinamo” (Batumi, Gürcüstan) - “Yagelloniya” (Polşa) cütünə yönəldəcək. İki oyunun nəticəsinə görə sevinəcək tərəf növbəti mərhələdə “Qəbələ”yə rəqib olacaq.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

29 iyun

21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq)

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov

Dördüncü hakim: Marat İskakov (hamısı Qazaxıstan)

Hakim-inspektor: İqor Satki (Moldova)

UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)

Bakı. “Dalğa Arena”

22:30. “Mladost” (Serbiya) – “İnter” (Azərbaycan)

Baş hakim: Aleksey Matyunin

Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov

Dördüncü hakim: Yevgeni Turbin (hamısı Rusiya)

Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)

UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)

Luçani. “Mladost” stadionu

Babək Cahandarov

Paylaş:
963

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər