Bravo Çilini finala çıxartdı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Bravo Çilini finala çıxartdı – FOTO – VİDEO

10:42 - 29 / 06 / 2017
Bravo Çilini finala çıxartdı – FOTO – VİDEO

Rusiyanın Soçi şəhərində keçirilən FİFA Konfederasiyalar Kuboku-2017-də ilk yarımfinal oyunu keçirilib.

1news.az-ın məlumatına görə, son Avropa çempionu Portuqaliya ilə Çili yığmaları qarşılaşıb.

A qrupunda mübarizə aparan Kriştianu Ronaldolu Portuqaliya ilk görüşdə Meksika ilə qollu bərabərə (2:2) qaldıqdan sonra Rusiya (1:0) və Yeni Zelandiya (4:0) üzərində qələbə qazanaraq, yarımfinala lider kimi adlayıb.

Çili isə B qrupunu ikinci pillədə başa vurub. Cənubi Amerika təmsilçisi Almaniya və Avstraliya ilə (1:1) heç-heçə və Kamerun üzərində (2:0) qalibiyyət sayəsində yoluna davam edib.

Portuqaliya – Çili oyununa gəlincə, həm 90 dəqiqə, həm də əlavə olunmuş 30 dəqiqədə qapılara qol vurulmadığından qalibin adına penalti seriyasında aydınlıq gəlib.

Çilinin qapıçısı Bravo Portuqaliya millisinin üç futbolçusu - Quaresma, Moutinyo və Naninin zərbəsini dəf edərək komandasını finala yüksəldib.

Qeyd edək ki, Çili finalda bu gün saat 22:00-da start götürəcək  Almaniya – Meksika görüşünün qalibi ilə qarşılaşacaq.

FİFA Konfederasiyalar Kuboku-2017

Yarımfinal

28 iyun

Portuqaliya – Çili - 0:0 (penaltilər: 0:3)

Babək Cahandarov

Paylaş:
1155

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər