“Qarabağ” Danimarka klubu ilə qarşılaşacaq | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” Danimarka klubu ilə qarşılaşacaq

12:43 - 29 / 06 / 2017
“Qarabağ” Danimarka klubu ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışını davam etdirən Ağdamın “Qarabağ” futbol klubunun sonuncu - dördüncü yoxlama matçında rəqibi məlum olub.

1news.az-ın kluba istinadən verdiyi xəbərə görə, Ağdam təmsilçisi Danimarkanın “Brondbü” komandası ilə qarşılaşacaq.

Matç iyulun 2-də keçiriləcək və yerli saatla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.

Qeyd edək ki, Ağdam klubu ilk üç yoxlama matçında Rusiya təmsilçisi “Axmat”a 0:1, Bolqarıstanın MOİK komandasına 2:5, Moskva “Dinamo”suna isə 0:1 hesabı ilə məğlub olub.

Babək Cahandarov

Paylaş:
1007

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər