“Qəbələ” Avstriya klubunu darmadağın etdi | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” Avstriya klubunu darmadağın etdi

23:30 - 30 / 06 / 2017
“Qəbələ” Avstriya klubunu darmadağın etdi

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb.

1news.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Avstriyanın “Qrodiq” klubu ilə qarşılaşıb. Görüş təmsilçimizin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Qəbələ” buna qədər “Fulpmes” (Avstriya) üzərində 8:0 hesablı qələbə qazanıbsa, “Axmat” (Rusiya – 0:1), “Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan - 0:2) və “Ludoqorets”ə (Bolqarıstan - 0:2) məğlub olub.

Yoxlama görüşü

30 iyun

“Qəbələ” – “Qrodiq” (Avstriya) - 7:0

Qollar: Stiven Monroz, 24; Ürfan Abbasov, 37; Asif Məmmədov, 47,56; Xavi Hernandes 48; Araz Abdullayev, 58(p); Fərid Nəbiyev, 75

1news.az

Paylaş:
1005

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər