“Zirə”dən uğurlu debüt, “İnter”dən darmadağın – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Zirə”dən uğurlu debüt, “İnter”dən darmadağın – VİDEO

11:38 - 30 / 06 / 2017
“Zirə”dən uğurlu debüt, “İnter”dən darmadağın – VİDEO

Dünən axşam Avropa Liqasında çıxış edən iki klubumuz – “Zirə” ilə “İnter” ilk oyunlarına çıxıblar.

1news.az-ın məlumatına görə, ilk olaraq mübarizəyə Avropa Liqasının I təsnifat mərhələsində çıxış edən “Zirə” qoşulub.

“Dalğa Arena”da keçirdiyi qitə miqyasında ilk oyununda Lüksemburq təmsilçisi “Differdanj”la qarşılaşan paytaxt təmsilçisi debütünü qələbə ilə qeyd edib – 2:0.

Dünən meydana çıxan Avroliqa təmsilçilərimizdən “İnter” isə səfərdə Serbiyanın “Mladost” klubunun qonağı olub.

Zaur Svanadzenin yetirmələri rəqibinin qapısından 3 cavabsız top keçirərək cütün taleyini demək olar ki, həll edib.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

29 iyun

“Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq) - 2:0

Qollar: Qadze, 22, Belfort, 80

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov

Dördüncü hakim: Marat İskakov (hamısı Qazaxıstan)

Hakim-inspektor: İqor Satki (Moldova)

UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)

Bakı. “Dalğa Arena”

“Mladost” (Serbiya) – “İnter” (Azərbaycan) - 0:3

Qollar: Skarlatake, 23, 41, Rauf Əliyev, 76

Baş hakim: Aleksey Matyunin

Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov

Dördüncü hakim: Yevgeni Turbin (hamısı Rusiya)

Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)

UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)

Luçani. “Mladost” stadionu

Babək Cahandarov

Paylaş:
936

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər