Azər Mirzəyev şahmat festivalının vitse-çempionu oldu | 1news.az | Xəbərlər
İdman

Azər Mirzəyev şahmat festivalının vitse-çempionu oldu

16:54 - 03 / 07 / 2017
Azər Mirzəyev şahmat festivalının vitse-çempionu oldu

Azərbaycan qrossmeysteri Azər Mirzəyev Çexiyanın Çeske Budeyovitse şəhərində keçirilən beynəlxalq şahmat festivalının vitse-çempionu oldu.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, şahmat festivalında 71 şahmatçı, o cümlədən səkkiz qrossmeyster iştirak edib. Festivalın proqramına qrossmeyster balı hesab edilən normada turnir və iki open turnir daxil olub.

Sonuncu – doqquzuncu turda qara fiqurlarla oynayan Azər Mirzəyev 5,5 xal toplayaraq yerli şahmatçı Yan Krejçi ilə görüşü heç-heçə qurtarıb. Ukraynalı Sergey Ovseyeviç və polyak Kasper Drozdovski dairəvi sistemdə keçirilən yarışı eyni göstərici ilə başa vurublar. Azərbaycan qrossmeysteri əlavə göstəricilərə görə gümüş medala layiq görülüb. Qızıl medalı isə Ukrayna təmsilçisi qazanıb.

S.Xankişiyeva

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər