“Kəpəz” “Bakı” ilə qarşılaşacaq | 1news.az | Xəbərlər
Futbol

“Kəpəz” “Bakı” ilə qarşılaşacaq

20:49 - 04 / 07 / 2017
“Kəpəz” “Bakı” ilə qarşılaşacaq

“Kəpəz” Premyer Liqada qarşıdakı mövsümün hazırlığına sabah start verəcək.

1news.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “sarı-göylər” Bakıda məşqlərə başlayacaq. İlk məşq sabah saat 11:00-a təyin olunub. Komanda üzvləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda bir araya gələcək.

Paytaxtdakı hazırlıq müddətində “Kəpəz” iki yoxlama oyunu keçirəcək. İyulun 8-də keçiriləcək matçda Gəncə klubunun rəqibi həvəskarlar liqasının iştirakçısı “Bakı” olacaq. Bu oyun saat 17:00-da “Bakı”nın bazasında başlayacaq. İyulun 12-də isə “Kəpəz” elita təmsilçisi “Neftçi” ilə qarşılaşacaq. 

1news.az

Paylaş:
1241

Son xəbərlər

Bütün xəbərlər