“Şahdağ”ın yetirməsi “Dostluq üçün futbol” layihəsinin qalibi olub - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Şahdağ”ın yetirməsi “Dostluq üçün futbol” layihəsinin qalibi olub - FOTO - VİDEO

11:41 - 04 / 07 / 2017
“Şahdağ”ın yetirməsi “Dostluq üçün futbol” layihəsinin qalibi olub - FOTO - VİDEO

Qusarın “Şahdağ” futbol klubunun yetirməsi Rəvan Kazımov Sankt-Peterburqda “Dostluq üçün futbol” layihəsinin beşinci mövsümü çərçivəsində keçirilən turnirin qalibi olub.

1news.az-ın verdiyi xəbərə görə, 12 yaşlı futbolçu Sinqapur, İspaniya, Boliviya, Bolqarıstan, Argentina, Çexiya və Liviyadan olan yeniyetmələrlə bir komandada oynayıb. Sloveniyadan olan məşqçi komandaya rəhbərlik edib. Komanda şərti olaraq “Narıncı” adına layiq görülüb.

Final oyununda Narıncı Bənövşəyi komandasını 4:3 hesabı ilə məğlub edib. Bütün iştirakçılar Rusiyanın Futbol İttifaqı tərəfindən medal, diplom və xüsusi mükafata layiq görülüb.

Oyunlar dostluq və bərabərlik şüarı altında keçirilib. Turnir öz bayrağı altında 64 ölkədən olan futbolçuları toplayıb. 12 yaşlı oğlan və qızlar 8 beynəlxalq dostluq yığmasını birləşdirirdi. Layihənin növbəti iştirakçıları olan gənc mütəxxəsislər məşqçi rolunu oyanırdı.

Qeyd edək ki, “Dostluq üçün futbol” layihəsi “Qazprom”un dəstəyilə 2013-cü ildən keçirilir. Layihə dünyanın müxtəlif millətləri, müxtəlif yaşlarında və müxtəlif fiziki imkanlarında olan gəncləri birləşdirir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir.

İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1693

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər