“Zirə”nin Lüksemburq səfəri, “İnter” 3:0 öndə başlayacaq | 1news.az | Xəbərlər
Futbol

“Zirə”nin Lüksemburq səfəri, “İnter” 3:0 öndə başlayacaq

17:02 - 06 / 07 / 2017
“Zirə”nin Lüksemburq səfəri, “İnter” 3:0 öndə başlayacaq

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

1news.az-ın məlumatına görə, ölkəmizin bu mərhələdəki təmsilçiləri “Zirə” ilə “Qəbələ” də növbəti mərhələyə adlamaq uğrunda mübarizə aparacaqlar.

Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparan “Zirə” səfərdə Lüksemburqun “Differdanj” klubunun qonağı olacaq. Evdə 2:0 hesablı qələbəyə sevinən Ayxan Abbasovun yetirmələrini çətin oyun gözləyir.

Avrokubok təcrübəsi daha çox olan “İnter” isə doğma arenada Serbiya «Mladost”u ilə qarşılaşacaq.

Səfərdə rəqibinin qapısından 3 cavabsız top keçirən Zaur Svanadzenin yetirmələrinin növbəti mərhələyə adlayacağı gözlənilir. Ancaq rəqibin də asan təslim olmayacağı şübhəsizdir. Buna görə də bakılılar oyuna çox ciddi yanaşmalıdırlar.

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları

6 iyul

21:00. “Differdanj” (Lüksemburq) – “Zirə” (Azərbaycan)

Baş hakim: Boris Marhefka

Baş hakimin köməkçiləri: Tomaş Vorel, Yan Pozor

Dördüncü hakim: Pavol Xmura (hamısı Slovakiya)

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)

Differdanj Şəhər Munisipal stadionu

İlk oyun – 0:2

21:00. “İnter” (Azərbaycan) – “Mladost” (Serbiya)

Baş hakim: Nikolay Balakin

Baş hakimin köməkçiləri: Vladimir Volodin, Aleksandr Korniyko

Dördüncü hakim: Anatoli Jabçenko (hamısı Ukrayna)

Hakim-inspektor: Robert Malek (Polşa)

UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova)

Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 3:0

Babək Cahandarov

Paylaş:
657

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər