Millimiz 4 pillə gerilədi | 1news.az | Xəbərlər
Futbol

Millimiz 4 pillə gerilədi

18:40 - 06 / 07 / 2017
Millimiz 4 pillə gerilədi

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

1news.az-ın məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində, Konfederasiyalar kubokunda keçirilən matçlar, həmçinin yoxlama görüşlərinin nəticələri siyahıda bir sıra dəyişikliklərə səbəb olub.

Azərbaycan millisi yeni cədvəldə 80-ci yerdə qərarlaşıb. Yığmamızın hesabında 427 xal var.

Ötən ay 439 xalla planetin 76-cısı olan Robert Prosineçkinin yetirmələri 12 xal itirib. Buna Şimali İrlandiya ilə Bakıdakı seçmə oyunundakı 0:1 hesabı ilə məğlubiyyət səbəb olub. Nəticədə komandamız 4 pillə geriləyib.

Babək Cahandarov

Paylaş:
1168

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər