Elxan Məmmədov İdarə Heyətinə üzv seçilib | 1news.az | Xəbərlər
Futbol

Elxan Məmmədov İdarə Heyətinə üzv seçilib

20:26 - 06 / 07 / 2017
Elxan Məmmədov İdarə Heyətinə üzv seçilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov UEFA-nın Uşaq Fondunun (UEFA Foundation for children) İdarə Heyətinə üzv seçilib.

1news.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

2015-ci il aprelin 24-də fəaliyyətə başlayan və Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barrozonun rəhbərlik etdiyi UEFA-nın Uşaq Fondu uşaqların sağlam həyat tərzinə yönləndirilməsi, uşaq futbolu və digər çoxsaylı layihələr həyata keçirir.

1news.az

Paylaş:
612

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər