“İnter” və “Zirə” Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb | 1news.az | Xəbərlər
Futbol

“İnter” və “Zirə” Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb

23:16 - 06 / 07 / 2017
“İnter” və “Zirə” Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb

Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab görüşləri keçirilib.

1news.az xəbər verir ki, Bakı “İnter”i öz meydanında “Mladost”la qarşılaşıb. Görüşdə komandamız 2:0 hesablı qələbə qazanıb. İlk oyunda da 3:0 hesablı qələbə qazanan “İnter” növbəti mərhələyə vəsiqə qazanıb.

Zaur Svanadzenin komandası Avroliqanın ikinci təsnifat mərhələsində Lüksemburqun “Fola” klubu ilə qarşılaşacaq.

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunu

6 iyul

“İnter” (Azərbaycan) – “Mladost” (Serbiya) - 2:0

Qollar: Denis Silva, 23, Nizami Hacıyev, 74

Qırmızı vərəqə: Pejoviç, 45+1 (“Mladost”)

Digər görüşdə tarixində ilk dəfə avrokuboklarda mübarizə aparan “Zirə” səfərdə Lüksemburq “Differdanj”ı ilə qarşılaşıb. Evdə 2:0 hesablı qələbəyə sevinən Ayxan Abbasovun yetirmələri bu dəfə də qalib gəlib - 2:1.

Bununla da “Zirə” Avroliqanın ikinci mərhələsinə vəsiqə qazanıb. Burada onların rəqibi Rumıniyanın “Astra” klubu olacaq.

“Differdanj” (Lüksemburq) – “Zirə” (Azərbaycan) - 1:2

Qollar: Vandenbrok, 11 - Manqa, 64, Qadze, 68

1news.az

Paylaş:
810

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər