Külli miqdarda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

20:51 - 07 / 07 / 2017
Külli miqdarda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, mobil telefonların Dubay-Tbilisi-Bakı marşrut xəttindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi barədə əməliyyat məlumatına əsasən, Tbilisi-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı nəzarətə götürülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportuna daxil olan vətəndaş “Yaşıl kanal” buraxılış sistemindən istifadə edib gömrük nəzarəti zonasından keçərkən gömrük əməkdaşları tərəfindən geri qaytarılıb və “Qırmızı kanal”a yönləndirilib. O, əlindəki sellofan paketi “X-Ray” rentgen aparatına qoyub nəzarətdən keçdikdən sonra gömrük əməkdaşı tərəfindən saxlanılaraq sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş üzərində gömrük orqanına mütləq bəyan ediləsi əşyaların olmadığını, sadəcə 2 ədəd mobil telefonunun olduğunu bildirib.

Şəxsi yoxlama zamanı vətəndaşın üzərində aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan olunan, yaxud məhdudlaşdırılan, həmçinin bəyan edilməyən əşyalar aşkar olunmayıb. Əlindəki sellofan paketdə isə 1 ədəd “İphone 7” və 1 ədəd “Samsung” markalı mobil telefonların olduğu müəyyən edilib.

Lakin vətəndaş öz əşyalarını götürüb gömrük nəzarəti zonasını tərk etdikdən sonra əməliyyat tədbirlərinin davam etdirilməsi məqsədilə gömrük əməkdaşları tərəfindən həmin şəxsin gəldiyi aviareysin təyyarəsinə yoxlama keçirilib. Bu zaman təyyarənin sərnişin salonundakı oturacağın alt hissəsində xüsusi qaydada yerləşdirilmiş bir ədəd noutbuk üçün nəzərdə tutulan qəhvəyi rəngli çanta və bir ədəd sellofan paket aşkar olunub.

Həmin çantaya baxış zamanı içərisində 100 ədəd “Samsung Galaxy J3” və 10 ədəd “Samsung Galaxy Prime J5” markalı mobil telefonlar olmaqla, ümumilikdə 110 ədəd mobil telefon aşkar edilib. Sellofan paketin yoxlanılması zamanı isə xüsusi qaydada qablaşdırılaraq qoyulmuş mobil telefon üçün qutular və zəmanət kitabçaları aşkar olunaraq götürülüb.

İlkin araşdırma zamanı əldə edilən videogörüntülərə əsasən, sözügedən vətəndaşın Dubay-Tbilisi aviareysi ilə Tbilisi hava limanına gələrək tranzit sərnişinlər üçün nəzərdə tutulan zonadan, əlində mobil telefonların yerləşdiyi qəhvəyi rəngli noutbuk çantası və sellofan paketlərlə birlikdə keçdiyi müəyyən edilib. Baxış nəticəsində bu malların eyniləşdirilməsi aparılıb və onların təyyarədə aşkar olunan mallar olduğu yəqinləşdirilib.

Beləliklə, araşdırma dəyəri külli miqdar təşkil edən bu qaçaqmalçılıq cinayətinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi nəticəsinə gəlməyə əsas verib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

1news.az

Paylaş:
791

Son xəbərlər

Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57
Bütün xəbərlər