Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri İlham Əliyevə başsağlığı veriblər | 1news.az | Xəbərlər
Rəsmi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri İlham Əliyevə başsağlığı veriblər

22:46 - 07 / 07 / 2017
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri İlham Əliyevə başsağlığı veriblər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri pezident İlham Əliyevə başsağlığı veriblər.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Əziz cənab Prezident. Son günlər cəbhə bölgəsində dinc insanların həlak olması ilə nəticələnən hadisə bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Həmin hadisə zamanı Azərbaycanın dinc sakinlərinin həlak olmaları ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından bizim dərin hüznlə başsağlığımızı qəbul edin.

Biz 1994-cü ildən əldə edilmiş atəşkəsin tez-tez pozulması ilə əlaqədar narahatlığımızı bildirməklə beynəlxalq ictimaiyyətin çağırışlarına qoşulur və münaqişənin sülh yolu ilə nizama salınmasının vacibliyini vurğulayırıq. Bütün regionun təhlükəsizliyinə təhdid olan münaqişəni üçüncü tərəflərin qızışdırmaq cəhdlərinin yolverilməz olduğunu qeyd etməyi özümüzə borc bilirik.

Bütün diplomatik kanallardan, eləcə də ATƏT-in və Minsk qrupunun üzvlərinin imkanlarından istifadə etməklə, atəşkəsin bir daha pozulmasına yol verməməyə çağırır və bildiririk ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və gələcək hücumların qarşısının alınması üçün beynəlxalq birliyin ciddi tədbirlər görməsinin vaxtı çatıb.

Bizi ciddi narahat edən odur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli hələ də reallaşmayıb. Biz Azərbaycana münasibətdə beynəlxalq hüququn ciddi şəkildə pozulmasına baxmayaraq, Sizdən qəsdən törədilən və münaqişənin təhlükəli şəkildə genişlənməsi üçün bəhanə olaraq istifadə edilə bilən təxribatlarla bağlı təmkinli olmağı xahiş edirik.

Cənab Prezident, xahiş edirik, bizim ən dərin hörmətimizi və ehtiramımızı qəbul edin".

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti

İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

Misirin İsgəndəriyyə kitabxanasının direktoru

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri:

Zlatko Laqumdziya

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın sabiq Baş naziri

Peter Stoyanov

1997-2002-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti

Emil Konstantinesku

1996-2000-ci illərdə Rumıniyanın Prezidenti

İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiya Respublikasının Prezidenti

Boris Tadiç

2004-2012-ci illərdə Serbiyanın Prezidenti.

1news.az

Paylaş:
1031

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər