Ağdaşda cehizə görə qohumlar arasında kütləvi dava | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda cehizə görə qohumlar arasında kütləvi dava

14:43 - 08 / 07 / 2017
Ağdaşda cehizə görə qohumlar arasında kütləvi dava

Ağdaş rayonunda qohumlar arasında kütləvi dava baş verib.

1news.az  APA-ya istinadla xəbər verir ki, nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş şəhərinin Məşəd qəsəbəsində, qaraçılar yaşayan məhəllədə qeydə alınıb. Bir-biri ilə qohum olan qadınlar arasında baş verən davada müxtəlif dərəcəli bədən xəsarətləri alan 2001-ci il təvəllüdlü Quliyeva Fidan Tərlan qızı, 1978-ci il təvəllüdlü Quliyeva Ülkər Məhyəddin qızı, 1964-cü il təvəllüdlü Quliyeva Şəhla Yaqub qızı, 1981-ci il təvəllüdlü Süleymanova Rövşanə Kəmaləddin qızı, 1998-ci il təvəllüdlü Süleymanova Gülcan Pünhan qızı, 2001-ci il təvəllüdlü Qasımov İzzət Maqsud oğlu Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, məhkəmənin qərarı ilə bu günlərdə boşanan oğlan və qızın anaları arasında cehizlik əşyaların geri qaytarılması ilə bağlı mübahisə yaranıb. Mübahisəyə digər qadınlar da qoşulub və onlar bir-birlərinə daş, küt alət, yumruqla zərbələr endirməklə xəsarət yetirib. Onlardan 3-nün vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.      

1news.az

Paylaş:
728

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər