Ərəb ölkələri FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırıb | 1news.az | Xəbərlər
İdman

Ərəb ölkələri FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırıb

13:04 - 16 / 07 / 2017
Ərəb ölkələri FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırıb

Beş ərəb ölkəsi FİFA-ya məktub ünvanlayıb. 

1news.az-ın məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Cianni İnfantino məlumat verib.

O, bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviyanın ortaq hazırladığı məktubda DÇ-2022-nin Qətərdən alınmasının vacibliyi vurğulanıb.

Müttəfiqlər FİFA-ya Qətərdə keçirilməsi planlaşdırılarn mundialın terror təhlükəsi səbəbindən riskli ola biləcəyini bildiriblər. Bu səbəbdən azarkeşlərin təhlükəsizliyini nəzərə alaraq futbol bayramının bu ölkədə olmamasının doğru olacağını qeyd ediblər.

Xatırladaq ki, 6 ərəb ölkəsi – BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Yəmən və Liviya Qətəri terrora dəstək verməkdə ittiham edərək, onunla bütün diplomatik əlaqələri kəsiblər.

Qeyd edək ki, Dünya Çempionatının 2022-ci ildə 21 noyabr – 18 dekabr tarixləri arasında keçirilməsi planlaşdırılıb.

1news.az

Paylaş:
1112

Son xəbərlər

Bütün xəbərlər