Azərbaycan millisi dünya çempionatının hazırlığına başlayıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan millisi dünya çempionatının hazırlığına başlayıb

17:51 - 18 / 07 / 2017
Azərbaycan millisi dünya çempionatının hazırlığına başlayıb

Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib.

Azərbaycan Boks Federasiyasından 1news.az-a verilən məlumata görə, Avropa çempionatından sonra istirahətdə olan komandamız Bakıda bir araya gəlib.

Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində baş tutacaq dünya çempionatına hesablanan hazırlığın ilk mərhələsi iyulun 23-də başa çatacaq. Boks Mərkəzində təşkil olunan ilkin mərhələdə əsasən fiziki məşqlərə üstünlük veriləcək.

Təlim-məşq toplanışına 5-i mundiala qatılacaq boksçu olmaqla 10 idmançı cəlb edilib.

Qeyd edək ki, dünya çempionatında yığmamızın şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaq. 

Babək Cahandarov

Paylaş:
718

Son xəbərlər

Bütün xəbərlər