UEFA-dan Əliyar Ağayevə növbəti təyinat | 1news.az | Xəbərlər
Futbol

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

21:35 - 21 / 07 / 2017
UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə Çempionlar Liqası matçına təyinat alıb.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya) oyununu idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov  yerinə yetirəcək. Oyun iyulun 25-də keçiriləcək.

Xatırladaq ki, Əliyar Ağayev iyulun 19-da keçirilən ÇL-nin II təsnifat mərhələsinin “Rosenborq” (Norveç) – “Dandalk” (İrlandiya) oyununu da idarə edib.

1news.az

Paylaş:
1140

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər