“Qəbələ” rəqibinə “2” verərək növbəti mərhələyə yüksəldi – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” rəqibinə “2” verərək növbəti mərhələyə yüksəldi – VİDEO

09:46 - 21 / 07 / 2017
“Qəbələ” rəqibinə “2” verərək növbəti mərhələyə yüksəldi – VİDEO

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.

1news.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxıb.

“İnter”lə “Zirə”nin mübarizəni dayandırdığı gecədə digər təmsilçimiz “Qəbələ” Polşada “Yagelloniya”nın qonağı olub.

İlk oyunda evdə 1:1 heablı bərabərliyə razılaşan Roman Qriqorçukun yetirmələi səfərdə rəqibinin qapısından 2 cavabsız top keçirərək III təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Qəbələ” növbəti mərhələdə Yunanıstan təmsilçisi “Panatinaikos”la qarşılaşacaq. İlk oyun iyulun 27-də Afina təmsilçisinin meydanında baş tutacaq.

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20 iyul

“Yagelloniya” (Polşa) – “Qəbələ” (Azərbaycan) - 0:2

Qollar: İlqar Qurbanov, 18, Ozobiç, 89

Baş hakim: Konstantin Sebastyan Koltesku (Rumıniya)

Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika (hər ikisi Rumıniya)

Dördüncü hakim: George Katalin Qaman (Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)

Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)

Belostok. Şəhər stadionu

İlk oyun – 1:1

Babək Cahandarov

Paylaş:
893

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər