Səlahət Ağayev “Neftçi”yə qoşuldu | 1news.az | Xəbərlər
Futbol

Səlahət Ağayev “Neftçi”yə qoşuldu

21:53 - 24 / 07 / 2017
Səlahət Ağayev “Neftçi”yə qoşuldu

Yeni mövsümə hazırlaşan “Neftçi” Avstriyaya yollanıb.

1news.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı klubu təlim-məşq toplanışının növbəti mərhələsini keçirəcəyi məkana çatıb.

Zalfelden şəhərindəki “Ritzenhof” otelində yerləşən komanda bu axşam ilk məşqinə çıxacaq. “Neftçi”nin düşərgəsində 21 futbolçu yer alıb.

Komandanın yeni transferi, Avropa Liqasında “İnter”ə kömək edən Səlahət Ağayev də toplanışa yollanan heyətdədi.

1news.az

Paylaş:
1010

Son xəbərlər

Bütün xəbərlər