“Kəpəz” Türkiyə klubu ilə bərabərə qaldı | 1news.az | Xəbərlər
Futbol

“Kəpəz” Türkiyə klubu ilə bərabərə qaldı

23:34 - 24 / 07 / 2017
“Kəpəz” Türkiyə klubu ilə bərabərə qaldı

Yay hazırlıqlarını Ərzurumda davam etdirən “Kəpəz” bu gün son yoxlama oyununa çıxıb.

1news.az-ın məlumatına görə, Gəncə klubu Türkiyənin 1-ci Liqa təmsilçisi “Elazığspor”la qarşılaşıb.

Hər iki komandanın səylərinə baxmayaraq görüş qolsuz heç-heçə ilə nəticələnib - 0:0.

Qeyd edək ki, Şahin Diniyevin çalışdırdığı kollektiv Ərzurumdakı hazırlıq prosesi çərçivəsində keçirdiyi ilk iki oyunda "Samsunspor"a (1:2) və "Ankaragücü"nə (0:2) uduzmuşdu.

1news.az

Paylaş:
909

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər