Dünya çempionatlarının keçiriləcəyi yerlər məlum oldu | 1news.az | Xəbərlər
İdman

Dünya çempionatlarının keçiriləcəyi yerlər məlum oldu

21:02 - 25 / 07 / 2017
Dünya çempionatlarının keçiriləcəyi yerlər məlum oldu

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin yığıncağı keçirilib.

1news.az-ın məlumatına görə, Rusiyanın paytaxtı Moskvada baş tutan tədbirdə kişi boksçular arasında 2019-cu və 2021-ci illərdə keçiriləcək dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib.

Belə ki, bu iki mundialın təşkilatçılığına iddiaçıların müraciətlərinə baxılıb və qərarlar qəbul olunub. DÇ-2019-un ev sahibliyi Rusiyaya verilib. Yarış Soçi şəhərində baş tutacaq.

2021-ci ildə keçiriləcək çempionat isə Hindistana həvalə edilib. Turnir ölkənin paytaxtı Yeni Dehlidə olacaq. Bu şəhər həm də qadınlar arasında keçiriləcək DÇ-2018-ə ev sahibliyi edəcək. 2019-cu ildə isə qadın idmançılar Türkiyənin Trabzon şəhərində qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu il keçiriləcək mundiala Almaniyanın Hamburq şəhəri ev sahibliyi edəcək. Avqustun 25-də start götürəcək yarış sentyabrın 3-də başa çatacaq.

1news.az

Paylaş:
1014

Son xəbərlər

Bütün xəbərlər