“Neftçi” “Herta” ilə qarşılaşacaq | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” “Herta” ilə qarşılaşacaq

22:08 - 25 / 07 / 2017
“Neftçi” “Herta” ilə qarşılaşacaq

“Neftçi”nin Avstriya toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “ağ-qaralar” avqustun 2-də Almaniyanın “Herta” klubu ilə qarşılaşacaq. Bundesliqa klubu ilə görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, “Neftçi” sabah digər Bundesliqa təmsilçisi “Şalke”, iyulun 30-da isə BƏƏ-nin “Al Ain” klubu ilə sınaq matçına çıxacaq.

1news.az

Paylaş:
925

Son xəbərlər

Bütün xəbərlər