“Qəbələ”nin çətin “Panatinaikos” sınağı | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ”nin çətin “Panatinaikos” sınağı

16:15 - 27 / 07 / 2017
“Qəbələ”nin çətin “Panatinaikos” sınağı

Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək.

1news.az-ın məlumatına görə, turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də növbəti oyununa çıxacaq.

Belə ki, Roman Qriqorçukun komandası Yunanıstanda “Panatinaikos” klubunun qonağı olacaq.

Afina şəhərindəki Apostolos Nikolaidis stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq qarşılaşmanı ispaniyalı hakimlər idarə edəcək.

Meydan sahiblərinin qalib gəlmək şansı yüksək qiymətləndirilsə də, “Qəbələ”nin səfərdən sərfəli nəticə ilə dönəcəyinə inananlar az deyil.

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

27 iyul

22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Xuan Martinez Munuera (İspaniya)

Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)

Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)

Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)

UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)

Afina. “Apostolos Nikolaidis” stadionu

Babək Cahandarov

Paylaş:
796

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər