“Neftçi” legionerini icarəyə verdi | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” legionerini icarəyə verdi

19:51 - 28 / 07 / 2017
“Neftçi” legionerini icarəyə verdi

“Neftçi” futbolçusu Edson Kastilyo Venesuelanın “Mineros Quayana” klubuna icarəyə verib.

1news.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi 2017-ci ilin sonunadək Puerto-Ordas şəhəri təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Edson Kastilyo “Neftçi”yə ötən ilin yayında məhz “Mineros Quayana”dan keçib.

1news.az

Paylaş:
1049

Son xəbərlər

Bütün xəbərlər