Avropa Liqasında gecənin nəticələri
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib.
1news.az-ın məlumatına görə, gün ərzində ümumilikdə 29 qarşılaşma baş tutub.
Oyun günü Çexiyada başlayıb. “Mlada Boleslav” öz meydanında “Skenderbeu”nu məğlub edib.
Azərbaycan təmsilçisi “Qəbələ” səfərdə Yunanıstanın “Panationaikos” klubuna minimal hesabla məğlub olub – 0:1.
II təsnifat mərhələsində klublarımızın qənimi olan komandalar fərqli rəqiblərlə üz-üzə gəliblər. “İnter”i mübarizədən kənarlaşdıran “Fola” “Ostersun”a uduzubsa, “Zirə”ni yenən “Astra” isə “Aleksandriya” ilə qolsuz bərabərliyə razılaşıb.
Yerli futbolsevərlər üçün maraqlı olan digər qarşılaşmada isə İstanbulun “Fənərbağça” komandası səfərdə Avstriyanın “Şturm” komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyunlar, 27 iyul
“Mlada Boleslav” (Çexiya) - “Skenderbeu” (Albaniya) - 2:1
Qol: Xramosta, 42, Yanos, 87 - Kmovs, 86 (öz qapısına)
“Trakay” (Litva) - “Şkendiya” (Makedoniya) - 2:1
Qollar: Maksimov, 1, 52 - Junior, 40
“Olimpik” (Ukrayna) - PAOK (Yunanıstan) - 1:1
Qollar: Bilenki, 49 - Pedro Henrike, 59
“Makkabi” (Təl-Əviv, İsrail) - “Panionios” (Yunanıstan) - 1:0
Qol: Kyartanasson, 47
AİK (İsveç) - “Braqa” (Portuqaliya) - 1:1
Qollar: Sundqren, 17 - Silva, 11
“Suduva” (Litva) - “Syon” (İsveçrə) - 3:0
Qollar: Ferreyra, 3, Yanuskauskas, 9, Laukzemis, 90+1
AEK (Kipr) - “Dinamo” (Minsk, Belarus) - 2:0
Qollar: Tete, 42, Heve, 70
“Ostersun” (İsveç) - “Fola” (Lüksemburq) - 1:0
Qol: Bakiru, 50
PSV (Hollandiya) - “Osiyek” (Xorvatiya) - 0:1
Qol: Barişiç, 57
“Krasnodar” (Rusiya) - “Lyunqbyu” (Danimarka) - 2:1
Qollar: Klaesson, 67, Süleymanov, 90+3 - Kyaer, 64
“Şturm” (Avstriya) - “Fənərbaxça” (Türkiyə) - 1:2
Qollar: Hierlander, 10 - Marsiç, 29 (öz qapısına), Noyştader, 35
“Utrext” (Hollandiya) - “Lex” (Polşa) - 0:0
“Astra” (Rumıniya) - “Aleksandriya” (Ukrayna) - 0:0
“Dinamo” (Buxarest, Rumıniya) - “Atletik” (İspaniya) - 1:1
Qollar: Rivaldinyo, 54 - Laporte, 21
“Bney Yehuda” (İsrail) - “Zenit” (Rusiya) - 0:2
Qollar: Krişito, 59, Kokorin, 90
“Botev” (Bolqarıstan) - “Maritimo” (Portuqaliya) - 0:0
“Brondbü” (Danimarka) - “Hayduk” (Xorvatiya) - 0:0
“Universtatya” (Krayova, Rumıniya) - “Milan” (İtaliya) - 0:1
Qol: Rodrigez, 45
"Arka” (Polşa) - "Midtyulland” (Danimarka) - 3:2
Qollar: Markus Viniçius, 31; 39, Rafal Semaşko, 90+2 - Mark Dal Hende, 36. Rilvan Hassan, 33
“Srvena Zvezda” (Serbiya) - "Sparta” (Çexiya) - 2:0
Qollar: Riçmond Boakye, 13. Quelor Kanqa, 65
“Gent” (Belçika) - "Altax” (Avstriya) - 1:1
Qollar: Kalifa Kulibali, 76 - Luis Nqvat-Mahop, 5
“Bordo" (Fransa) - "Videoton” (Macarıstan) - 2:1
Qollar: Yunuss Sanxare, 18; 33 - Marko Şkeropiç, 23
“Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) - 1:0
Qol: Gilyermo Molins, 37
“Marsel” (Fransa) - "Ostende” (Belçika) - 4:2
Qollar: Valer Jermen, 2; 57; 82. Morqan Sanson, 32 - Sebastien Siani, 26, Noulic Musona, 69
“Aberdin" (Şotlandiya) - "Apollon” (Kipr) - 2:1
Qollar: Rayan Kristi, 5. Qrem Şinni, 78 - Jander, 60
“Dinamo” (Zaqreb, Xorvatiya) - "Odd” (Norveç) - 2:1
Qollar: Armin Hociç, 31. Junior Fernandes, 41 - Stefan Mladenoviç, 20
“Frayburq” (Almaniya) - "Domjale” (Sloveniya) - 1:0
Qol: Nils Petersen, 20
“Everton” (İngiltərə) - "Rujomberok” (Slovakiya) - 1:0
Qol: Leyton Beyns, 65
“Austriya” (Avstriya) - AEL (Kipr) - 0:0
Babək Cahandarov