Bakıda futvole üzrə yarış keçirilib – FOTO
Bakıda, Su İdmanı Sarayındafutvole üzrə “Qızmar Bakı qumu” adı altında turnir keçirilib.
1news.az-ın məlumatına görə, ötən gün Azərbaycan Futnet Assosiasiyası (AFNA) tərəfindən düzənlənən turnirə saat 18:00-da start verilib. 5 kişi və 2 qadın (müsabiqədən kənar) komandasının iştirak etdiyi yarışda idmançılar dairəvi sistem üzrə mübarizə aparıblar.
Bir gün davam edən “Qızmar Bakı qumu”nda 4 oyunun hamısında qalib gələrək, aktivinə 8 xal yazdıran Feyyar Hüseynov və Namiq İsgəndərov cütlüyü turnirin qalibi adını qazanıb.
Mükafatlandırma mərasimində iştirak edən Azərbaycan Futnet Assosiasiyasının prezidenti Vüqar Xəlilov idmançıları qələbə münasibətilə təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, “Qızmar Bakı qumu” avqustun 5-6-sı Bakıda keçiriləcək futvole üzrə beynəlxalq turnirə hazırlıq xarakteri daşıyırdı.
Babək Cahandarov