“Qarabağ” “Şerif”ə qarşı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” “Şerif”ə qarşı

17:02 - 01 / 08 / 2017
“Qarabağ” “Şerif”ə qarşı

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

1news.az-ın məlumatına görə, Avropa qitəsinin ən ali klub turnirində ölkəmizin yeganə təmsilçisi “Qarabağ” növbəti sınağına çıxacaq.

Qurban Qurbanovun yetirmələri səfərdə Moldovanın “Şerif” klubunun qonağı olacaq.

Komandalar arasında Bakıda keçirilən ilk görüş qolsuz bərabərliklə başa çatdığından “Qarabağ” güclü rəqibinə qarşı bütün gücünü ortaya qoyaraq sərfəli nəticə ilə qalib gələn tərəf kimi qitənin ən nüfuzlu klub turnirinin pley-offunda oynamaq hüququ qazanmalıdır.

Tiraspolda uğur qazanmaqla bu turnirin pley-offuna yüksələcək “Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edəcək. Çünki növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir. “Şerif” səddi keçilməsə, “Qarabağ” yenidən Avropa Liqasının pley-offunda oynamalı olacaq.

Qeyd edək ki, Tiraspolun “Şerif” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

1 avqust

21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Roy Reynşreyber

Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç

Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)

Hakim-inspektor: Paulius Malzinskas (Litva)

Tiraspol. “Şerif” stadionu

İlk oyun – 0:0

Babək Cahandarov

Paylaş:
1227

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər