Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibləri müəyyənləşib – FOTO | 1news.az | Xəbərlər
İdman

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibləri müəyyənləşib – FOTO

19:47 - 02 / 08 / 2017
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş  beynəlxalq turnirin qalibləri müəyyənləşib – FOTO

Bakıda Azərbaycanın məşhur şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək uşaqlar birincilik uğrunda mübarizə aparıblar.

Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.

Gərgin mübarizə şəraitində davam edən beynəlxalq turnirin qalibi 8,5 xal toplayan Xəzər Babazadə olub. Toğrul Əliyev 7,5 xalla ikinci, Seyid Hüseyn isə 7 xalla üçüncü yeri tutub.

S.Xankişiyeva

Paylaş:
1002

Son xəbərlər

Bütün xəbərlər