“Dəniz kuboku - 2017” müsabiqəsində hərbi dənizçilərimiz növbəti uğurlarını qazanıblar – FOTO | 1news.az | Xəbərlər
Siyasət

“Dəniz kuboku - 2017” müsabiqəsində hərbi dənizçilərimiz növbəti uğurlarını qazanıblar – FOTO

11:27 - 08 / 08 / 2017
“Dəniz kuboku - 2017” müsabiqəsində hərbi dənizçilərimiz növbəti uğurlarını qazanıblar – FOTO

“Dəniz kuboku - 2017” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizod icra edilib.

1news.az-ın məlumatına görə, Epizodun icrası ilə bağlı yekun nəticələrə dair beynəlxalq hakimlər kollegiyasının qərarına əsasən Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisinin ekipajı ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb.

Rusiya HHD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı ikinci, İran HDQ-nin “Cövşən” raket katerinin ekipajı üçüncü, Qazaxıstan HDQ-nin “Sarıarka” raket artilleriya gəmisinin ekipajı isə dördüncü yerdə qərarlaşıblar.

Babək Cahandarov

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər