Diplomat: "Azərbaycan Pakistandan yeni hərbi təyyarələr ala bilər" | 1news.az | Xəbərlər
Siyasət

Diplomat: "Azərbaycan Pakistandan yeni hərbi təyyarələr ala bilər"

12:45 - 08 / 08 / 2017
Diplomat: "Azərbaycan Pakistandan yeni hərbi təyyarələr ala bilər"

Pakistanla Azərbaycan arasında güclü hərbi əməkdaşlıq var və bu, münasibətlərimizin ayrılmaz parcasıdır. 

1news.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib. O bildirib ki, Pakistanın güclü hərbi sənayəsi var və Azərbaycanla hərbi əməkdaşlıq yüksələn xətlə davam edir:

“Azərbaycan bu yaxınlarda Pakistandan yeni hərbi təlim təyyarələri alıb. Biz bu istiqamətdə əməkdaşlığı davam etdiririk. Daha çox treninqlər təşkil etməyə, münasibətləri daha irəli aparmağa çalışacağıq”. 

“Jf Thunder” təyyarələrinin alınmasına gəlincə, diplomat deyib ki, gələcəkdə bununla bağlı danışıqlar  aparıla bilər: “Bu məsələdə də addım addım irəliləmək lazımdır”. 

Pərvanə Sultanova

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər