Havanın temperaturu Bakıda 41, rayonlarda 43 dərəcəyə çatacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu Bakıda 41, rayonlarda 43 dərəcəyə çatacaq

13:02 - 08 / 08 / 2017
Havanın temperaturu Bakıda 41, rayonlarda 43 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 9-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 37-42, Bakıda gecə 26-28, gündüz 39-41 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  29-30, Türkan, Hövsan, Sahil, Şıxda 30-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 9-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir güclənək.

Havanın temperaturunun gecə 22-27, gündüz 38-43, dağlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. 

Babək Cahandarov

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər