Nail Allahverdiyevin vurduğu şəxslər Türkiyəyə aparıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nail Allahverdiyevin vurduğu şəxslər Türkiyəyə aparıldı

13:54 - 09 / 08 / 2017
Nail Allahverdiyevin vurduğu şəxslər Türkiyəyə aparıldı

Baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəzada yaralanan Türkiyə vətəndaşları öz ölkələrinə qaytarılıblar. 

1news.az  xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı onların müalicə aldığı Baku Medikal Plazanın Baş həkiminin müavini verib.  O, bildirib ki, yaralılar Ankarada yerləşən xəstəxanalardan birinə köçürülüblər.

Həkim qeyd edib ki, köçürülmə xəstələrin xahişi ilə baş tutub. Hazırda səhhətləri stabildir.

Xatırladaq ki, sözügedən qəza nəticəsində Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekiş xəsarət alıblar. 

1news.az

 

Paylaş:
705

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər